Siz də təkilatınız üçün Azakademiyə istifadə imkanı yaratmaq istəyirsinizsə

Bizimlə Əlaqə Saxlayın

Azakademi nədir?

AzAkademi.com — Informascope şirkəti tərəfindən Azərbaycan elmi və akademik informasiya ekosisteminə dəyər qatmaq məqsədilə hazırlanmış yenilikçi və etibarlı akademik məzmun platformasıdır. AzAkademi.com milli və beynəlxalq elmi nəşrləri vahid mərkəzləşdirilmiş giriş nöqtəsində toplayaraq, universitetlər, dövlət qurumları, tədqiqat mərkəzləri və alimlər üçün yüksək keyfiyyətli resurslara sürətli, effektiv və dayanıqlı çıxış imkanı təqdim edir. Platformamız mütəmadi yenilənən məzmun strukturu ilə elmi nəşriyyat sahəsindəki ən son tədqiqatları və etibarlı qaynaqları tədqiqatçıların istifadəsinə verir və bununla da informasiya əldəetmə proseslərini daha səmərəli və təsirli edir. Eyni zamanda, AzAkademi.com Azərbaycanda fəaliyyət göstərən universitetlər, kitabxanalar, dövlət qurumları və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq edərək ölkədə akademik infrastrukturun gücləndirilməsinə və informasiya əldəetmə imkanlarının genişlənməsinə töhfə verməyi qarşısına məqsəd qoyur. Nəşriyyatlar üçün isə məzmunlarının düzgün, effektiv və geniş akademik auditoriyaya çatdırılmasını təmin edən güclü və şəffaf distribusiya kanalı təqdim edir. Informascope-un beynəlxalq təcrübəsi və sektordakı güclü tərəfdaşlıqları ilə formalaşdırılan AzAkademi.com yalnız bir məzmun platforması deyil, eyni zamanda Azərbaycanın informasiya cəmiyyəti vizyonuna xidmət edən, akademik nailiyyətləri və tədqiqat keyfiyyətini dəstəkləyən strateji tərəfdaşdır.

Azakademi platformasında hansı mövzulara aid kitabları oxumaq mümükündür?

Azakademi portalı müxtəlif texniki və humanitar elm sahələrini, həmçinin bədii ədəbiyyat mövzularında e-kitabları təqdim edir. Bütün e-kitablar ana səhifədə kolleksiyalar və mövzu rubrikatorları üzrə sistemləşdirilmişdir.

Azakademi platformasında e-kitablardan on/offlayn istifadə mexanizmləri?

Azakademi platformasındakı mənbələrə onlayn olaraq baxmaq və ya tam mətnlərini kompüterinizə yükləyərək bilərsiniz.

Offlayn rejimində e-kitablar necə isitfadə edilir?

Bunun Azakademi şəxsi hesabınızdan (Lisenziya və Yükləmə menyusundan --- Proqram təminatı endirmə --- Lisenziya endirmə) əməliyyatlarını ardıcıl geçəkləşdirməlisiz. Bu əməliyyatları etdikdən sonra istənilən e-kitabı endirmək mümkün olacaqdır. Suallar və çətinlik olduğu halda support@informascope.com elektron poçtuna sorğu ünvanlaya bilərsiz.

Azakademi platformasında müəllif hüquqları necə qorunur?

Azakademi e-kitabların üzünü icazəsiz köçürmə, onları endirmə əməliyyatlarının qarşısını almaq üçün 'DRM' (Digital Rights Management) tələblərini dəstəkləyən 'Locklizard' proqram təminatnı təbiq edir, həmçinin e-kitablardan isitafədçinin individual isitfadəsi üçün onun məlumatlarının əks etdirən 'Watermark' nişanı ilə işarələnir.

Azakademi platformasından distant necə istifadə etmək mümkündür?

İstənilən müəssisə Azakademi platformasına məsafədən girişi IP (Internet Protocol)/PROXYstandartları vasitəsilə təmin edə bilər, bu halda həmin müəssisənin bütün isitifadəçiləri öz individual korporativ elektron hesabları ilə istənilən məkandan onlayn olaraq e-kitablardan istifadə edə bilərlər.

Azakademi platformasından distant istifadə üçün alternativ şəbəkə texnologiyaları?

Alternativ şəbələ texnologiyaları olaraq müəssisəniz tərəfindən verilmiş VPN xidmətindən istifadə etməlisiniz.

Azakademi elektron kitabxanasına necə abunə olmaq olar?

Azakademi elektron kitabxanasına abunə olmaq üçün zəhmət olmasa sales@informascope.com elektron poçt ünvanına yaza bilərsiniz.

Axtardığınızı tapa bilmədiniz? Bizə Yazın